Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.
Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən “Murov Az Terminal” - “Gəncə” qarşılaşmasından sonra təşkil olunan görüşdə Şahin Bağırov yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb. Federasiya rəsmisi onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib. Məşqçi və mütəxəssislərlə də söhbət edən Ş.Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.