Yanvarın 24-də kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Yüksək Liqada ikinci dövrə çərçivəsində keçirilən oyunda “Murov Az Terminal” və MOİK komandaları üz-üzə gəlib.
“Murov Az Terminal” klubunun idman zalında təşkil olunan oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -3:1 (25:18, 23:25, 25:8, 25:14). Bu qələbədən sonra “Murov Az Terminal” xallarının sayını 18-ə çatdıraraq (7 qələbə) liderliyi ələ keçirib. Hesabında xalı olmayan MOİK isə turir cədvəlinin sonuncusudur.
“Murov Az Terminal”dan növbəti qələbə