Qadın həndbolçular arasında "Çelenc Cup”un 1/8 final mərhələsinin püşkü atılıb. Tədbirdə Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi olan ABU-nun da rəqibi müəyyənləşib. Paytaxt təmsilçiləri bu mərhələdə Serbiyanın "Millenium” klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları gələn il fevralın 1-2-də, cavab matçları isə 7-8-də keçiriləcək. Püşkə əsasən ABU ilk oyunu doğma meydanda keçirəcək.
Qeyd edək ki, III mərhələdən azad olan Serbiya təmsilçisi avrokubokların debütantıdır. Zəngin avrokubok təcrübəsi olan ABU isə Yunanıstanın "QAS Megas Aleksandros” klubunu 32:21 və 28:18 hesabı ilə darmadağın etməklə 1/8 finala yüksəlib.