Voleybol üzrə Azərbaycan çempionatında ilk dəfə olaraq Çelenc sistemindən istifadə olunub. Mübahisəli epizodlar üçün nəzərdə tutulan sistem ötən gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan “Azərreyl” - “Abşeron” oyununda tətbiq edilib.
Qeyd edək ki, müvafiq qaydalara əsasən komandalara hər setdə 2 dəfə Çelencdən yararlanmaq imkanı verilir. Tərəflər etirazlarında haqlı çıxarlarsa, bu imkanlarını qoruyurlar.