Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Cənubi Koreya çempionatının növbəti turunda qüvvəsini sınayıb. "Hyundai" komandasının heyətində çıxış edən voleybolçumuz "EX" klubuna qarşı mübarizə aparıb. Birinci və ikinci hissələrdə qələbə qazanan "Hyundai" növbəti hissələrdə məğlubiyyətlə üzləşib. Qalib gələn komandanın adına aydınlıq gətirmək üçün klublar tay-brekdə üz-üzə gəliblər. Bu hissədə isə bəxt Yana Ağayevanın komandasından üz döndərib. Məğlub olmasına baxmayaraq, həmyerlimiz 26 xal toplayıb və qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.
Məlumat üçün bildirək ki, aktivində 40 xalı olan "Hyundai" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.