Qadın voleybolçular arasında keçiriləcək dünya çempionatının J qrupunun Bakıda təşkil olunan oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Avropa Voleybol Konfederasiyası (CEV) 2014-cü il yanvarın 3-5-də paytaxtımıza göndərəcəyi ədalət təmsilçilərini müəyyənləşdirib.
Belə ki, Azərbaycan, Serbiya, İsrail və Estoniyanın yer aldığı qrupun qarşılaşmalarını Bayram Dikməntəpə (Türkiyə), Mixaylo Melnik (Ukrayna), Aleksey Paşkeviç (Rusiya) və Aleksandr Pyaseçki (Belarus) idarə edəcəklər. Paytaxtımıza, həmçinin CEV nümayəndəsi kimi Sinəm Mavili (Türkiyə) və hakim-inspektor Stefan Hank (Slovakiya) da gələcək.