Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, AVF nümayəndələri seleksiya tədbirləri çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olublar.
Mütəxəssislər bu rayonlarda yerləşən orta məktəblərdə olub, həmçinin voleybol məşqlərində iştirak ediblər. Onlar uşaqlara voleybol haqqında ətraflı məlumatlar verib, bu idman növünün ölkəmizdə inkişafından danışıblar. Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.