Fevralın 7-si növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür. İdman ictimaiyyətinin nümayəndələri hətta ölkədən kənarda da seçkilərdə fəal iştirak edirlər. Buna stolüstü tennisçilərimizi misal çəkmək olar. Milli komandanın Qazaxıstanda təlim-məşq toplanışında olan üzvləri də vətəndaşlıq borcunu yerinə yetiriblər. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 5 idmançı – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev və Nihad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.
Stolüstü tennisçilərimiz prezident seçkilərində iştirak ediblər