Paris-2024-ün medalları hazırdır
Olimpizm xəbərləri
08.02.2024, 16:42
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının medallarının təqdimat mərasimi keçirilib. Mükafatlar olimpiadanın Təşkilat Komitəsinin mənzil-qərargahında təqdim olunub. Medalların özəlliyi hər birinin tərkibində Eyfel qülləsinin metal fraqmentinin olmasından ibarətdir. Təşkilat Komitəsinin sədri Toni Estanqe bu medalların necə çətinliklə başa gəldiyini açıqlayıb: "Hər üç əyarda olan medalın Eyfel qülləsinin qiymətli metalı ilə eyni tərkibdə olması üçün nəhəng iş görülüb”. Məlumat üçün bildirək ki, Olimpiya və Paralimpiya medallarının üz hissəsi eynidir. Hər ikisinin mərkəzində Eyfel qülləsinin konstruksiyasındakı poladdan hazırlanan beşbucaqlı yer alıb. Medaldakı “beşbucağ”ın ətrafındakı şüalar isə Fransanın və uğur qazanan idmançıların parlaması mənasını özündə əks etdirir. Medalların lenti də qüllənin konstruksiyasını əks etdirən ornamentlə bəzədilib. Medalın arxa tərəfində qədim yunan stadionu əks olunub. Arenanın mərkəzində qələbə ilahəsi Nika dayanıb. Üfüqdə bir küncdə Afina Akropolu, digərində Eyfel qülləsi görünür. Paralimpiya medalları arxa hissəsində nisbətən görmə qabiliyyətini itirənlər üçün nəzərdə tutulan Brayl şrifti ilə Paris-2024 və Paralimpiya Oyunları sözləri yazılıb. Mükafatların dizaynını “Chaumet” zərgər evi hazırlayıb. Bu qurum Fransa biznesmeni Bernar Arnoya məxsus LVMH şirkətinə daxildir. Ümumilikdə 5 mindən çox medal hazırlanıb. Onların hər birinin diametri 85 mm, qalınlığı 9,2 mm-dır. Qızıl medal 529, gümüş 525, bürünc 455 qram təşkil edəcək ki, hər birinin tərkibində Eyfel qülləsinin konstruksiyasından 18 qram olacaq. Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks