Beynəlxalq Üzgüçülük Federasiyası 2029-cu ildə Dünya Suİdmanı Çempionatının Pekində keçiriləcəyini açıqlayıb. Qərar Dünya Suİdmanı Növləri Bürosunun Dohada (Qətər) keçirilən iclasında rəsmiləşib. Müvafiq məlumat qurumun rəsmi saytında yerləşdirilib. “Pekin dəfələrlə böyük su idman yarışlarına ev sahibliyi edib. Orada idmançılarımızaən yaxşı şərait yaradıb. Buna görə biz dərin minnətdarlığımızı bildiririk”, - deyə Dünya Suİdmanlarının prezidenti Hussein Al Musallam bildirib.
Məlumat üçün bildirək ki, Çin daha əvvəl 2011-ci ildə FİNA dünya çempionatına ev sahibliyi edib.