Qadın həndbolçular arasında Azərbaycan çempionatında X turun oyunlarına yekun vurulub.
Turun son oyun günündə bir oyun keçirilib.
Turnir cədvəlinin 2-3-cü yerlərində qərarlaşan “Azəryol” və “Kür” komandaları ikincilərin meydançasında üz-üzə gəlib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan oyun “Kür”ün 23:29 hesablı qələbəsi ilə başa çatıb.
“Kür” bu qələbə sayəsində “Azəryol”la xalların sayını (15) bərabərləşdirərək, ikinci pilləyə yüksəlib.