Zəka sahibimiz beynəlxalq turnirdə gümüş medal qazandı 

Zəka sahibimiz beynəlxalq turnirdə gümüş medal qazandı 

Azərbaycanın qadın şahmatçısı Gülnar Məmmədova beynəlxalq yarışda gümüş medal qazanıb.

33 yaşlı qrosmeyster “Swiss Queens Wednesday” onlayn turnirində ikinci yeri tutub.

Yarışda 8,5 xal toplayan G.Məmmədova yalnız rusiyalı Anastasiya Bodnarukdan (9,5) geri qalıb.

İlk “üçlüy”ü Azərbaycan təmsilçisi ilə eyni xala malik hindistanlı Harika Dronavalli tamamlayıb.