Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Lənkəranda

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Lənkəranda

Azərbaycan Voleybol Federasiyası uşaq və yeniyetmə voleybolçuları müəyyən etmək məqsədilə mütəmadi olaraq bölgələrə səfərlər təşkil edirlər. Federasiya nümayəndələrinin növbəti səfərlərindən biri Lənkərana olub. Onlar burada voleybolla məşğul olan uşaqların məşqini izləməklə bərabər, onlara voleybol haqqında ətraflı məlumat verib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıblar.