Qadın şahmatçılardan ibarət yığmamız Gürcüstanla heç-heçə edib

Qadın şahmatçılardan ibarət yığmamız Gürcüstanla heç-heçə edib

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq görüşü keçirib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətiondən verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma Tbilisidəki ilk oyun günündə ağ fiqurlarla çıxış edib. Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.

Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, oyunlar rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.