Türkiyənin Kocaeli şəhərində qılıncoynatma üzrə açıq turnir keçirilib. Yarışda iştirak edən Azərbaycanın yeniyetmə sablyaçısı Səid Sultanlı üçüncü yeri tutub. İdmançımız 12 yaşadək oğlanlar arasında yarışın bürünc medalına yiyələnib.
Turnirdə Gəray Məmmədli isə 14 yaşadək sablyaçılar arasında 50-dən çox iştirakçı arasında beynəlxalq turnirdə 8-ci olub.