Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə məktəbli qızlar arasında atletika üzrə rayon turniri keçirilib. Masallı Olimpiya Kompleksində təşkil edilən turnir iki kateqoriya VII-VIII, IX
–X siniflər üzrə baş tutub. Ümumilikdə 100 nəfərə yaxın şagirdin iştirak
etdiyi turnirdə qızlar 100 metr məsafə üzrə mübarizə aparıb. Turnirdə daha fəal iştirak edən şagirdlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.