Tanınmış idman qurumunda oğruluq faktı aşkarlanıb 

Tanınmış idman qurumunda oğruluq faktı aşkarlanıb 

«World Athletics»in maliyyə şöbəsi illik audit yoxlanışı  zamanı 1,5 milyon avroluq mənimsəmə faktını aşkar edib. Bu barədə təşkilatın veb saytında məlumat verilib. Qeyd olunur ki, «World Athletics»də iki işçi və bir məsləhətçi bir neçə il ərzində sistematik oğurluqda iştirak edib. Onların adları və təşkilat daxilindəki vəzifələri açıqlanmır. Bir işçi oğurluq aşkarlanmamışdan əvvəl istefa verib, digər ikisinin müqavilələri ləğv edilib. Audit materialları hüquq-mühafizə orqanlarına təhvil verilib.