Dünən qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna yekun vurulub. Son oyun günündə "Azəryol” səfərdə "Konegliano”nun qonağı olub. Görüşdə qələbə Ancelo Vercesinin yetirmələri üçün çox vacib idi. "Azəryol” xal qazanmayacağı halda, işini çətinə salmış olacaqdı. Bu səbəbdən təmsilçilərimizin ilk dəqiqələrdən hücum edib, lazımı xalı qazanacağını gözləməyə dəyərdi. Oyun gec başa çatdığından, daha ətraflı məlumatı növbəti sayımızda əldə edə bilərsiniz.
Çempionlar Liqası
III tur
E qrupu
28 noyabr
"Konegliano” (İtaliya) - "Azəryol” (Azərbaycan)
Hakimlər: Heyke Kraft (Almaniya), Marçin Herbik (Polşa)
Keçirildiyi yer: Trevizo, Pallaverdi Villorba