Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mübarizə aparan komandalarının əvəzedici heyətlərinin çempionatına start verilib. Ölkə birinciliyindən fərqli olaraq bu liqada "Nəqliyyatçı” klubu da mübarizə aparır. Əvəzində isə "Telekom” yarışda qüvvəsini sınamır. Həmçinin, burada matçlar ev sahiblərinin meydanında keçirilir. I turda keçirilən görüşdə "Azəryol” - "Lokomotiv”i, "Azərreyl” "İqtisadçı”nı, "Rabitə” isə "Nəqliyyatçı” nı məğlubiyyəti uğradıb.
Qeyd edək ki, növbəti turun oyunları noyabrın 28-də keçiriləcək. Həmin gün "Lokomotiv” - "Rabitə”, "Azəryol” - "İqtisadçı” (hər ikisi 15:00), "Azərreyl” - "Nəqliyyatçı” görüşləri təşkil olunacaq.
I tur
"Azəryol” - "Lokomotiv” - 3:0 (25:12, 25:11, 25:14)
"İqtisadçı” - "Azərreyl” - 1:3 (25:16, 22:25, 16:25, 14:25)
"Nəqliyyatçı” - "Rabitə” - 2:3 (25:22, 21:25, 20:25, 25:20, 4:15)