“Dinamo” qələbə qazandı

“Dinamo” qələbə qazandı

Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunlarına start verilib. Tur çərçivəsində "İqtisadçı”nın rəqibləri "Srvena Zvezda” (Serbiya) və "Dinamo” (Moskva, Rusiya) bir-birini sınağa çəkiblər.Qarşılaşma şimal qonşularımızın qələbəsi ilə yekunlaşıb. Moskvalılar ilk hissədə məğlub olsalar da, ardınca 3:1 (24:26, 25:20, 25:16, 25:18) hesabı ilə qalib gəlib.
Onlar bununla müvəqqəti də olsa, qrupda liderliyə yüksəliblər.