İran mediasında “İŞİD-in Xorasan qanadı" təbliğat kanalı - “Əl-Azaim”ə istinadən Rusiya prezidenti Vladimir Putinə qarşı təhdidlərin yer aldığı plakat yayılıb.
"Olimpnews.az" "Referans.az"a istinadən xəbər verir ki, mətndə qeyd olunur ki, silahlılar təşkilat üzvlərinin işgəncə və dindirilməsinə etiraz əlaməti olaraq Rusiyada növbəti terror aktı təşkil edəcəklər.
Xatırladaq ki, daha öncə “Krokus siti holl”da törədilmiş terror aktında İslam Dövlətinin iştirakı ilə bağlı material “The New York Times” və “CBS News” telekanalı tərəfindən dərc edilib. Bildirilib ki, ABŞ rusiyalılara gözlənilən hücumla bağlı kəşfiyyat məlumatı verib, eyni zamanda Moskvadakı səfirliyin saytında müvafiq xəbərdarlıq yerləşdiriblər.
Bundan başqa, İŞİD öz teleqram kanalı vasitəsilə terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələdi