Bu gün kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, lider “Azərreyl” bu mövsüm qələbə qazanmayan MOİK-i qəbul edəcək. Görüş “Murov Az Terminal”ın idman zalında təşkil olunacaq.
Digər matçda isə “Murov Az Terminal” və “Neftçi” komandaları üz-üzə gələcək. Komandalar arasında oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Hər iki oyun saat 17:00-da başlayacaq.