Gənclər və idman naziri CİGEPS-in növbəti sessiyasında çıxış edib
Olimpizm xəbərləri
03.04.2024, 17:55
Aprelin 3-də UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın mənzil qərargahında öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasın açılış hissəsində Komitənin 2019-2023-cü illər üzrə sədri qismində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edib. O, Çilinin idman nazirinin bu vəzifəyə seçilməsi münasibətilə təbrik edərək Komitənin son dörd il ərzindəki fəaliyyəti barədə məlumat verib. Azərbaycanın UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini bildirən nazir F.Qayıbov ötən ilin 26-29 iyun tarixlərində Bakıda 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII konfransı haqqında danışıb, eyni zamanda “Fit for Life” təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən bəhs edib. İclasda iştirak edən Baş direktorun Sosial və Humanitar elmlər üzrə müavini Qabriela Ramos, Komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər. Nazir Fərid Qayıbov Parisə səfəri çərçivəsində həmçinin UNESCO Baş direktorunun Sosial və Humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüş keçirib. Görüşdə ölkəmizin UNESCO-dakı səfiri Elman Abdullayev də iştirak edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks