Sərbəst güləşçimiz Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində növbəti görüşünü keçirib. 74 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/4 finalda Rumıniya təmsilçisi Zurab Karpayevlə qarşılaşıb. İdmançımız bu görüşdə də rəqibindən güclü olub. Mübarizəni 5:1 hesablı qələbə ilə yekunlaşdıran Turan Bayramov adını yarımfinala yazdırıb. Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda italiyalı Frank Çamizo ilə üz-üzə gələcək.
Xatırladaq ki, güləşçimiz 1/8 finalda isveçrəli Tobias Portmanı məğlub edib. T.Bayramovla yanaşı, Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Georgi Meşvildişvili (125 kq) isə yarımfinala vəsiqə əldə edib.