Dekabaın 5-i "Azərreyl” CEV kubokunun 1/8 final mərhələsində ilk matçına çıxıb. Voleybol Mərkəzində keçirilən oyunda Aleksandr Çervyakovun yetirmələri Çexiyanın "Olomouts” klubunu sınağa çəkib. Matçın aşkar favoriti olan Bakı təmsilçisi qələbə qazanmaqda heç bir çətinlik çəkməyib. 1/16 final mərhələsində "Partizan”ı (Serbiya) set fərqinə görə üstələyən komandamız çexlərə heç bir şans verməyib. Belə ki, ilk hissədə qonaqlar müqavimət göstərsələr də, voleybolçularımız inamlı oyun sayəsində qələbə qazanıblar. Ardınca ikinci hissəni komandamız 6 top irəlidə bitirib. Üçüncü hissədə də "Azərreyl” üstünlüyü əldən verməyib və qarşılaşmanı 3:0 hesabı ilə xeyrinə bitirib. Komandalar arasında cavab görüşü dekabrın 12-də Çexiyada keçiriləcək. Burada mərhələ keçmək üçün "Azərreyl”ə oyun ərzində qazanılacaq bir hissə belə kifayət edəcək.
Qarşılaşmadan sonra ilk oyunun ən yaxşıları məlum olub. Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova bütün rəqiblərini qabaqlayıb. 20 yaşlı perspektivli oyunçumuz komandasına 14 xal qazandırmaqla, ən çox fərqlənən voleybolçu olub. Aleksandr Çervyakovun digər yetirmələrindən Anastasiya Qurbanova 13, Dusanka Kariç 11, Yekaterina Jidkova 10, Qvendolin Ruker 5 və Lora Kitipova 3 xal toplayıb.
CEV kuboku
1/8 final mərhələsi, ilk oyun
4 dekabr
"Azərreyl” (Azərbaycan) - "Olomouts” (Çexiya) - 3:0 (25:21; 25:19; 25:20)
Hakimlər: Arnis Kelle (Latviya), Dəniz Dəmir (Türkiyə)
Bakı, Voleybol Mərkəzi