Masallı rayonunun Boradigah İdman zalının qarşısında “Sağlam Həyat” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.
Kütləvi idman tədbirində futbol, voleybol, atletika və kəndirlə mübarizə idman növləri üzrə nümunəvi çıxışlar və yarışlar təşkil olunub. Qələbə əzmi ilə yarışlara qatılan, gərgin, maraqlı mübarizə şəraitində başa çatan 70 nəfərə yaxın uşaq, yeniyetmə və gəncin iştirak etdiyi yarışlarda
fərqlənən idmançılara tədbirin təşkilatçısı olan Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilib.
Məlumat üçün bildirək ki, tədbirin təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana maraq oyatmaq, onların fiziki
aktivliyini artırmaq və sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.