Çaparlar Bakıda at çapacaqlar

Çaparlar Bakıda at çapacaqlar


Dekabrın 13-15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə federasiyanın kuboku uğrunda CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Binə Atçılıq Mərkəzinin açıq manejində təşkil olunacaq konkur yarışında Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 25-ə yaxın idmançı 45 atla mübarizə aparacaq.
Yarışları Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edəcək.
Tədbirin ümumi mükafat fondu 50 min ABŞ dolları olacaq.