Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Atletiko" ilə görüşdəki qələbəni şərh edib. "Mən çox xoşbəxtəm, komandamla fəxr edirəm. Atmosfer gözəl idi. Bu gün biz yaxşı oynadıq və yarımfinala vəsiqə əldə etdik. Qürurla demək istəyirəm ki, biz «Atletiko» kimi güclü komandaya qalib gəlməyə layiq idik.
İndi PSJ-yə qarşı oynayırıq. İlk oyunda onlara qarşı zəif oynadıq. İkinci görüşdə qələbəyə daha yaxın olduq. Düşünürəm ki, bu gün qrup mərhələsində PSJ ilə görüşlərdəkindən də daha yaxşı oynadıq”, - UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirib.