İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Hernandes komandadakı taleyi ilə bağlı məslələrə aydınlıq gətirib. O, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən cavab oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib: "Mən vacib deyiləm. Əsas vacib olan klubdur. Barcelona gələn il yenidən buraya qayıdacaq. Biz cəhd etməyə davam etməliyik. PSG ilə qarşılaşdıq. Onlar heç vaxt Çempionlar Liqasını qazanmayıblar və transferlərə bu qədər pul xərcləyiblər. "Mançester Siti"yə Çempionlar Liqasının qalibi olmaq üçün 7 il vaxt lazım oldu.
Qovulmağım? Bəli, bu mənim günahım idi. Luis Enrike deyib ki, qırmızı vərəqəsiz də bizi məğlub edə bilərdilər? Mən onunla razı deyiləm. İki top fərqimiz var idi, hücumda onları narahat edə bilirdik və müdafiədə yaxşı idik. Gözəl və məhsuldar ola biləcək bir komanda qururuq. Yaxşı mübarizə apardıq. Avropanın böyük komandalarına qarşı çox yaxşı oynadıq. Mən yetişəcək gənc oyunçularla çox qürur duyuram. "Barsa" qayıdacaq və daha güclü qayıdacaq".