İngiltərənin "Portsmut" klubu yeni mövsümdən etibarən Çempionşipdə mübarizə aparacaq. Klub 2012-ci ildə aşağı liqaya düşdükdən sonra İngiltərənin ikinci divizionuna qayıdır.
Dünən "Portsmut" doğma meydanda "Barnsli"ni 3:2 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını Kusini Yengi, Kolbi Bişop (penalti) və Konor Şonessi vurub. Məşqçilik karyerasına başlayan Con Musinyo keçmiş komandasını 12 ildən sonra Çempionşipə qaytarır.