Futbol üzrə UEFA Çempionlar Liqasında daha bir yarımfinalçının adına aydınlıq gəlib. Almaniyanın "Bavariya" klubu "Alians Arena"da keçirilən oyunda İngiltərənin "Arsenal" komandasına 1:0 hesabı ilə qalib gəlib. Oyunda vurulan yeganə qolun müəllifi Yozua Kimmix olub. Matçın 63-cü dəqiqəsində fərqlənən almaniyalı futbolçu komandasını yarımfinala çıxarıb.
Xatırladaq ki, bu komandalar arasında Londonda keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi -2:2.