Bu gün Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək

Bu gün Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gələcək.  Azərbaycanın "Qarabağ" klubunu 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer" ilk oyunda Almaniyada 2:0 hesabı ilə məğlub etdiyi "Vest Hem"lə qarşılaşacaq. İtaliya klublarının duelində isə “Roma” və “Milan” komandaları "San Siro" stadionunda münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların ilk oyununda "Canavarlar" minimal hesabla qalib gəlmişdi -1:0. Gecənin digər oyununda “Atalanta” doğma meydanda “Liverpul”u qəbul edəcək. İngiltərədə rəqibinə böyükhesabla (3:0) qalib gələn İtaliya təmsilçisi bu oyunda üstünlüyünü qouyacağı təqdirdə növbəti mərhələyə yüksələcək. Fransa təmsilçisi "Marsel" isə cavab oyununda "Benfika"nı qəbul edəcək. Bu komandaların Portuqaliyada keçirilən oyununda "Benfika" minimal hesablı qələbəyə sevindmişdi -2:1.