Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Təşkil olunacaq 4 oyundan sonra yarımfinalın bütün iştirakçılarının adına aydınlıq gələcək.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbağça” öz meydanında Yunanıstan klubu “Olimpiakos”la qarşılaşacaq. Bu komandalar arasında Yunanıstanda keçirilən oyunda "Olimpiyakos" 3:2 hesabı ilə qalib gəlib.
Gecənin digər oyununda İtaliyanın "Fiorentina" klubu Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq. Komandalar arasında Çexiyada keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.
Digər maraqla gözlənilən oyunlardan biri isə Fransada baş tutacaq. "Lil" komandası doğma meydanda səfərdə 2:1 hesabı ilə məğlub olduğu "Aston Villa"ya qalib gəlməyə çalışacaq.
Gecənin növbəti oyunu isə PAOK (Yunanıstan) və “Brügge” (Belçika) klubları arasında olacaq. Tərəflərin Belçikada keçirilən ilk oyunu "Brügge"nin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.