Ancelotti Militaonun xahişin hamıya yaydı

Ancelotti Militaonun xahişin hamıya yaydı

Xəbər verdiyimiz kimi Madrid "Real"ı dünən Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"ni penaltilər seriyasından sonra məğlub edib. Bu gün məlum olub ki, müdafiəçi Eder Militao Karlo Ançelottidən 5 penalti zərbəsini yerinə yetirən futbolçunun siyahısına onun salınmamasını xahi edib. Oyundan sonra Ançelotti jurnalistlərə bildirib ki, Militaonun istəyi "Mançester Siti"nin qapıçısı Edersonla bağlıdır. Militao hesab edirdi ki, Braziliya milli komandasındakı həmyerlisi onu yaxşı tanıyır. Əks halda onun düşüncələrini “oxuya bilər”. 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Real" "Bavariya" ilə qarşılaşacaq. Finala gedən digər cütlükdə PSJ və Dortmund "Borussiya"sı yarışacaq.