Rəqibimiz qalib gəldi

Rəqibimiz qalib gəldi

Qadın voleybolçular arasında Türkiyə Super-liqasında X turun oyunları keçirilib. Çempionlar Liqasında "Azəryol”un rəqibi olan "Qalatasaray” "Əczaçıbaşı” klubu ilə qarşılaşıb. "Sarı-qırmızılar” layiqli qələbə qazanıblar. Onlar ilk 2 hissədə məğlub olsalar da, növbəti hissələrdə qalib gəliblər - 2:3 (25:22, 25:18, 23:25, 17:25, 8:15). Bu qələbə sayəsində "Qalatasaray” 4-cü pillədəki mövqeyini qoruyub (21 xal).
Qeyd edək ki, ilk matçda "Azəryol”a 3:1 hesabı ilə qalib gələn "Qalatasaray” Bakıda növbəti oyununa çıxacaq.