"Bolonya"nın baş məşqçisi Tiaqo Motta bir sıra aparıcı klubların diqqətini çəkib. 41 yaşlı baş məşqçi gələcəklə bağlı qərar verməyə tələsmir. İtaliyalı jurnalist Rudi Qalettinin sözlərinə görə, Motta mövsümün sonunda klubla bağlı qərar verəcək. Şayiələrə görə Motta ilə "Yuventus", "Mançester Yunayted" və "Barselona" klubları ilə maraqlanır. Qeyd edək ki, Tiaqo Mottanın rəhbərliyi altında "Bolonya" hazırda İtaliya A Seriyasının turnir cədvəlində, yəni Çempionlar Liqası zonasında dördüncü yerdə qərarlaşıb.