Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın qalibi müəyyənləşəcək

Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın qalibi müəyyənləşəcək

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada qalibin adına aydınlıq gələcək. Bakı İdman Sarayında keçiriləcək həlledici oyunda “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Oyuna saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Azərreyl” yarımfinalda “Gəncə”yə, “Abşeron” isə “Murov Az Terminal”a qalib gələrək.finala vəsiqə qazanıb.

Qeyd edək ki, Yüksək Liqada bürünc medallara “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” sahib çıxıb.