Dünya Güləş Birliyi (UWW) İntizam Komitəsi Bakıda təşkil olunan güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri çərçivəsində Turan Bayramov və Frank Çamizo (İtaliya) arasında keçirilən yarımfinal görüşü ilə bağlı qərarını açıqlayıb.
Yarışda 74 kq çəki dərəcəsində qüvvəsini sınayan sərbəst güləşçimizin yarımfinal görüşündəki qələbəsi bir daha öz təsdiqini tapıb. Belə ki, Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə əsasən, qalib xalçada elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.
Bununla yanaşı, UWW-dən mayın 9-da İstanbulda start götürəcək Dünya Olimpiya Təsnifat Turnirində F.Çamizonu çəki dərəcəsində 1-ci olmasını xahiş edilib.
İntizam Komitəsi görüşün hakimlərinə müxtəlif cəzalar verib. Xalça hakimi Roman Pavlov və hakim İbrahim Cicoğlunun ilin sonunadək bütün yarışlardan uzaqlaşdırılıb. Görüşə təyin olunan digər ədalət təmsilçiləri Ali Sayvan oktyabrın 30-dək, Aleksey Bazulin, Kamel Buaziz və Kase Gossel isə iyunun 30-dək diskvalifikasiya olunublar.
Görüşü 2 - müstəqil və ayrı komissiya araşdırıb. Onlar şəffaf şəkildə hakimlərin işini və görüşün analizini aparıblar. Hər komissiya 3 nəfərdən, müvafiq olaraq hakimlər komissiyasının sədri, hakimlik və beynəlxalq güləş qaydaları üzrə təcrübəsi olan 2 ekspert, 3 büro üzvündən ibarət olub.
Xatırladaq ki, Turan həmin qarşılaşmada F.Çamizoya qalib gələrək Paris Olimpiadasına lisenziya qazanıb.