Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.
Rəqib finala yüksəldiyindən M.Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda mübarizə aparacaq.