Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub.
Sonuncu yarış günündə 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb. 5 çəki üzrə 156 güləşçi medallar uğrunda mübarizə aparıb
Turnirdə Əmrah Əmrahov (48 kq, Masallı), Əli Nəzərov (55 kq, "Pəhləvan"), İsbəndiyar İmanov (65 kq, MOİK), Orxan Hacıyev (80 kq, "Spartak") və Abdullah Həsənov (110 kq, "Azsport", UGİM-2) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Güləş üzrə Azərbaycan çempionatı başa çatdı