Komandamızın üzvləri fərqləndilər

Komandamızın üzvləri fərqləndilər

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı voleybolçularının adları açıqlanıb. Yarışda mübarizə aparan "Rabitə”, "İqtisadçı” və "Azəryol” klublarının da oyunçularının adları var. Belə ki, 6 oyunun hamısında qalib gələrək, pley-offa mərhələsinə qrup lider kimi yüksələn "Rabitə”nin oyunçusu Aurea Kruz topu ən yaxşı oyuna daxil edən oyunçular arasında bütün rəqiblərini qabaqlayıb. Onun yerinə yetirdiyi 15 servis dəqiq alınıb. Növbəti mərhələyə ən yaxşı 3-cü yerin sahibi kimi vəsiqə qazanan "İqtisadçı”nın üzvü Lenka Dürrdə fərqlənib. Almaniyalı libero ən yaxşı top qəbul edənlər sırasında faizə görə hamını qabaqlayıb.