Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandın paytaxtı Banqkokda davam etdirəcək.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü Banqkoka yollanıb.
Hazırlıqda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər. Mayın 10-da başlayacaq hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.
Təlim-məşq toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.