Almaniyada ilin voleybolçu müəyyənləşib. 1979-cu ildən etibarən "Voleybol-Maqazin” dərgisinin keçirdiyi mükafatın sahibi Marqareta Kozux olub. Qeyd edək ki, "Azəryol”un Polşa əsilli almaniyalı voleybolçusu 2010, 2011 və 2012-ci ildə də vətənində ən yaxşı seçilib. Almaniya millisinin kapitanı hələlik "Azəryol”la hər hansı bir uğura imza atmayıb. Belə ki, Çempionlar Liqasında mübarizə aparan komandamız növbəti mərhələyə keçə bilməyib.