Mariya Stadnik üçün son lisenziya şansı 

Mariya Stadnik üçün son lisenziya şansı 

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində üçüncü yarış gününə start verilib. 
Turnirdə 50 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün son görüşünə çıxacaq.
Ötən gün yarımfinalda məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
Qadınlardan ibarət yığmanın digər üzvləri - Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq, uğursuz çıxış ediblər.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.