Paris-2024-ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar 

Paris-2024-ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar 

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar. 

Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, media mənsubları və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) olimpiadaya lisenziya qazanıblar. 

Bununla da Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlarina əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.