Nigeriya millisinin sabiq futbolçusu Ticani Babangida ailəsi və qulluqçusu ilə birlikdə vətənində qəzaya düşüb. "Cumhuriyet"in xəbərinə görə, qəza zamanıı Ticaninin kiçik qardaşı dünyasını dəyişib. O, isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Babangida 1996-cı ildə Atlantada Olimpiya çempionu olub. O, Amsterdamın “Ajax” və Nigeriya millisinin heyətində uğurlu çıxış edib.