Qadın güləşçimiz Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Dördqat Olimpiya mükafatçımız buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində üçüncü yeri tutmaqla nail olub.
Yarışda 50 kq çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmabuela Liuzzi ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Mariya Stadnik beşinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Bununla da, Azərbaycan Olimpiya komandasının Paris-2024-ə qazandığı lisenziyaların sayı 24-ə çatıb.
Xatırladaq ki, lisenziya turnirinin ilk günündə yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris Olimpiadasına lisenziya qazanmışdı.