"Böyük Dəbilqə" turnirinin son günündə dörd cüdoçumuz mübarizə aparacaq

"Böyük Dəbilqə" turnirinin son günündə dörd cüdoçumuz mübarizə aparacaq

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri sona yaxınlaşır. 

Yarışların sonuncu -üçüncü günündə milli komandamızın daha 4 üzvü mübarizə aparacaq. Təmsilçilərimizdən Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq) tatami üzərinə çıxacaq.

Xatırladaq ki, yarışın ilk günündə komandamızın üzvü Kamran Süleymanov -66 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.  

84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun mübarizə apardığı yarışa bu gün yekun vurulacaq.