"Beşinci dəfə olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım".
Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan qadın güləşçimiz Mariya Stadnik deyib.
50 kq çəki dərəcəsində Paris-2024-ə lisenziya qazanan dördqat Olimpiya mükafatçımız yarışın olduqca çətin keçdiyini qeyd edib.
"Hisslərim izaholunmazdır. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb, görərik", - deyə Mariya Stadnik bildirib.