“Tələbələr” pley-offa çıxa bilərlər

“Tələbələr” pley-offa çıxa bilərlər

Çempionlar Liqasında VI turun qarşılaşmaları keçirilib. Qitənin ən mötəbər klub yarışmasında "İqtisadçı” qrup mərhələsinin sonuncu oyununda qalib gəlib. Komandamızın rəqibi "Srvena Zvezda” klubu olub.

Oyuna gəldikdə isə rəqib ilk hissədə qələbə qazanıb. Lakin ardınca rəqibinə heç bir şans verməyən Bülənt Karslıoğlunun yetirmələri lazımı 3 xalı aktivlərinə yazıblar. Super Liqanın gümüş mükafatçısının pley-offa ilk 2 pillədən birini tutaraq çıxmaq şansı bitsə də, ən yaxşı 3-cü kimi mərhələ keçmək şansı yaranıb. Amma ən yaxşı 3-cü yerlər arasında rəqiblərindən 1 qarşılaşma çox keçirməklə lider olan komanda pley-offa yüksəlməsə belə avrokubokda çıxışını davam etdirəcək. Çünki qrupda ən yaxşı "üçüncü” istisna olmaqla, digər 4 komanda CEV kubokunda mübarizə aparacaq.

17 dekabr
VI tur
B qrupu
"İqtisadçı” (Azərbaycan) - "Srvena Zvezda” (Serbiya) - 3:1 (27:29; 25:13; 25:13; 25:12)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), İlian Georgiyev (Bolqarıstan)
Bakı, "Sərhədçi” Olimpiya Mərkəzi